Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

NASA-nın helikopteri Marsda istifadə olunacaq

NASA-nın helikopteri Marsda istifadə olunacaq

Tarix: 9 May 2020 23:48

NASA Marsın tədqiqi üçün nəzərdə tutulmuş uçuş aparatını rəsmi olaraq təqdim edib.

Milli.Az ted.az-a istinadən bildirir ki, "Ingenuity" ("İxtiraçılıq") adlandırılan mini-helikopter bu ilin iyulunda başlayacaq "Mars 2020" missiyasının tərkib hissəsi olacaq.

Sınaqlar təxminən 2021-ci ilin yazında keçirilməsi nəzərdə tutulan 30 günlük eksperimental pəncərədə baş tutacaq.

"Ingenuity" Marsda gəzən robot "Perseverance" ("İnadkarlıq") ilə birlikdə işləyəcək. Helikopter Marsın çətinliklə gedilə bilən sahələrini havadan tədqiq edəcək. Robot isə "Qırmızı planet"in səthində məlumatları toplamaq və onları Yer kürəsinə göndərmək missiyasını yerinə yetirəcək.

NASA rəsmilərinin planlarına görə, Marsda missiya 17 iyul - 5 avqust 2020-ci il tarixləri arasında başlayacaq.

Vertolyotun planetə 2021-ci ilin fevralında enməsi nəzərdə tutulur.

Milli.Az


Etiketlər:  NASA nın helikopteri Marsda istifadə olunacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ