Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tərxunun inanılmaz FAYDASI: 2 həftə ərzində...

Tərxunun inanılmaz FAYDASI: 2 həftə ərzində...

Tarix: 11 May 2020 07:36

Orqanizm üçün müalicəvi bitkilərdən biri də tərxundur.

Sonxeber.net xəbər verir ki, tərxun orqanizmə möhkəmləndirici təsir edir, immun sistemini möhkəmləndirir. Ev şəraitində ondan çox yaxşı təbii immunostimulyator hazırlamaq olar. Bunun üçün 200 qr tərxun 3 limonla birlikdə (limonlar qabıqlı olmalıdır) blenderdə xırdalanır, ora 3 xörək qaşığı təbii bal əlavə olunur və yaxşı qarışdırılır. Hər gün səhər tezdən acqarına bu vasitədən 1 çay qaşığı yeyin. Müalicə kursu - 2 həftə.

Eyni zamanda, tərxun insanın sinir sisteminə də çox müsbət təsir edir, sakitləşdirir, əhval-ruhiyyəni yaxşılaşdırır, insanı daha gümrah edir, iş qabiliyyətini artırır, depressiyalar, streslərlə mübarizə etməyə kömək edir.

Tərxun mədə-bağırsaq sisteminə də çox müsbət təsir edir. Tərxun dəmləməsi mədə şirəsinin və ödün ifrazını artırır, iştahanı yaxşılaşdırır, meteorizmlə (köp) mübarizə aparır. Tərxun dəmləməsini hazırlamaq üçün 1 xörək qaşığı xırda doğranmış tərxun 1 stəkan qaynar suda 1 saat ərzində dəmlənilir, süzülür və gün ərzində stəkanın 1/3 hissəsi olmaqla yeməkdən əvvəl qəbul olunur. (publika.az)


Etiketlər:  Tərxunun inanılmaz FAYDASI həftə ərzində


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ