Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 May 2020 14:50
Çin millisi DÇ-2022-nin seçmə mərhələ oyunları üçün hazırlığa başlayıb.
Qol.az "Sky Sports"a istinadən xəbər verir ki, komanda üzvləri Şanxayda 17 gün hazırlıq keçəcək.
Milli bu müddətdə Super Liqa təmsilçiləri - "Şanxay SIPG" və "Şanxay Şenhua" ilə qarşılaşacaq. "Espanyol"da çıxış edən Vu Ley toplanışa qatılmayıb.
Qeyd edək ki, FIFA koronavirus pandemiyasına görə DÇ-2022-nin Asiya zonasında seçmə oyunlarını təxirə salıb.
Xatırladaq ki, dünyanı bürüyən koronavirus pandemiyası ilk dəfə Çində aşkarlanıb.