Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Həkim-diyetoloq: Smuzilər və detoks çaylar artıq çəkini azaltmağa kömək edir

Həkim-diyetoloq: Smuzilər və detoks çaylar artıq çəkini azaltmağa kömək edir

Tarix: 11 May 2020 19:12

Karantin rejiminə əməl etmək lazım gəldiyi dövrdə yemək istəyinə nəzarət etmək çətinləşir. Stress, narahatlıq, məşğuliyyətin olmaması daha çox yeməyə sövq edir. Bu, nəticədə həm artıq çəkiyə, həm də sağlamlığın pozulmasına aparıb çıxarır. Qeyd edək ki, düzgün qidalanma sağlamlığın ən əsas şərtlərindən biridir.

Milli.Az bildirir ki, həkim-diyetoloq Ləman Süleymanova AZƏRTAC-a deyib: "Artıq çəkinin olması immun sistemini bir qədər aşağı salır, çünki yağ toxumaları nə qədər çoxdursa, immun sistemi o qədər də zəif olur. Ona görə gün ərzində üç dəfə smuzilərdən istifadə etmək bu sahədə müsbət nəticə verər. Smuzi qəbulu həm metabolizmi yaxşılaşdırır, həm qalxanvarı vəzin fəaliyyətini yüksəldir, həm də artıq çəkidən azad edir".

O deyib ki, orqanizmi yığılan yağlardan, toksin və şlaklardan təmizləmək üçün də smuzilər çox faydalıdır :"Həmin içki xolesterinin səviyyəsini aşağı salaraq gümrahlıq yaradır. Məsələn, smuzilərdən birinin hazırlanam resepti belədir. Ananas soyulur, quşüzümü, çiyələk, qreypfrut, ispanaq, cəfəri və üzərinə 1 stəkan soyuq su əlavə edilərək şirəçəkəndə çəkilib içilir.

Smuzilər qədər faydalı olan detoks sular çəki atmaq, immun sistemini gücləndirmək, bədənin qələvi balansını qorumaq və enerjini artırmaq üçün çox faydalıdır. Həmin detoksu gün ərzində su əvəzinə qəbul etmək məsləhətdir. Detoks çayı ananas qabığı, 1 çay qaşığı limon şirəsi, alma sirkəsi, 10-15 ədəd mixək və qara istiot dənələri ilə hazırlamaq olar".

Düzgün qidalanmaq həyat keyfiyyətini, sağlamlığı, əhval-ruhiyyəni, maddələr mübadiləsinin dolğun fəaliyyətini təmin edərək bir sıra xəstəliklərin qarşısını almağa imkan yaradır. Unutmaq olmaz ki, düzgün qida rasionu enerji mənbəyidir.

Milli.Az


Etiketlər:  Həkim diyetoloq Smuzilər detoks çaylar artıq çəkini azaltmağa kömək edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ