Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bakıda hücum futbolu oynayacağıq'' - Macarıstan millisinin qapıçısı

''Bakıda hücum futbolu oynayacağıq'' - Macarıstan millisinin qapıçısı

Tarix: 6 Iyun 2019 20:48

"Yaxşı və pis oynadığımız matçlar oldu. Ümid edirəm ki, 2 gün sonrakı görüş yaxşılardan olacaq".

Qol.az Macarıstan Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, bu sözləri sözügedən ölkə millisinin qapıçısı Peter Qulaçi Bakı səfəri öncəsi aeroportda yerli jurnalistlərin suallarını cavablandırarkən deyib. Avro-2020-nin seçmə mərhələsində millimizlə keçirəcəkləri matçdan danışan "Leyptsiq"in qolkiperi paytaxtımızda hücum futbolu sərgiləyəcəklərini bildirib:

"Azərbaycanla oyunda əsas hədəfimiz qapımızı toxunulmaz saxlamaq olacaq. Bu, qələbə qazanmağımızda həlledici rol oynaya bilər. Hücum futbolu oynamaq istəyirik. Çünki ilk 2 yerdən birini tutmaq üçün qalib gəlməliyik. Rəqibin heyətində də Avropa təcrübəsi olan futbolçular var. Bu, qrupdakı digər komandalara çatmaq baxımından onlar üçün də yaxşı şansdır. Meydanda tam gücümüzü ortaya qoya bilsək, qələbə qazana bilərik".

Qeyd edək ki, iyunun 8-də "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Macarıstan oyunu saat 20:00-da başlayacaq.

 


Etiketlər:  Bakıda hücum futbolu oynayacağıq Macarıstan millisinin qapıçısı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ