Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“LG” şirkəti üçkameralı təhlükəsiz smartfonunu təqdim edib

“LG” şirkəti üçkameralı təhlükəsiz smartfonunu təqdim edib

Tarix: 12 May 2020 08:44

Cənubi Koreya istehsalçısı "LG K51S" təhlükəsiz smartfonun elanından üç ay sonra "K51" modelini təqdim edib.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, "LG K51" smartfonu 1560x720 piksel təsvir ölçülü 6,5 düymlük ekran, 2,0 QHs takt tezlikli "MediaTek Helio P22" mobil platforması, 3 QB əməli yaddaş və 32 QB daxili yaddaşla təchiz edilib. "microSD" yaddaş kartının köməyi ilə daxili yaddaşın tutumunu 2 TB-dək artırmaq mümkündür.

Cihazın əsas kamerası üç sensordan ibarətdir: 13 (əsas, f/1.8), 5 (genişbucaqlı optika, f/2.2) və 2 mp-lik (dərinlik sensoru, f/2.4). Ön kameranın təsvir ölçüsü 8 mp-dir. Aparatın daha bir özəlliyi ön paneldə təmiz və tutumlu səslənməni təmin edən stereodinamiklərin quraşdırılmasıdır.

Qurğu "USB Type-C" portu vasitəsilə enerji toplayan 4000 milliamper/saat tutumlu batareya ilə təchiz edilib. Smartfon "Android 9.0 Pie" əməliyyat sisteminin idarəetməsi altında işləyir. ABŞ-da smartfonun dəyəri 150 dollar təşkil edir.


Etiketlər:  şirkəti üçkameralı təhlükəsiz smartfonunu təqdim edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ