Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 May 2020 12:34
Dünən sosial şəbəkələrdə Babadağ zirvəsinin Bakıdan çəkilən görüntüsü yayılıb.
Sonxeber.net Day.Az-a istinadən xəbər verir ki, şəbəkə istifadəçilərinin yarısı buna inansa da, yarısı Fotoşop olduğunu söyləyirdi. İnanmayanlar arqumenti budur ki, Bakıdan Babadağa məsafə uzaq olduğundan zirvənin görünməsi mümkünsüzdür.
Xatırladaq ki, Babadağ zirvəsi Bakı şəhərindən təxminən 160 km aralı yerləşir və dəniz səviyyəsindən 3629 metr hündürlükdədir.
Bu günü başqa bir rakursdan çəkilmiş şəkildə Babadağ zirvəsi aydın görsənir. Zirvənin görünməsinin əsas səbəblərindən biri karantin rejimində havanını təmizlənməsi ola bilər.
Şəkil Böyükşor gölünün yanından çəkilib, müəllifi Lyokin Photography-dir.
Zöhrabov Fərid