Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

AMEA işçilərinin məzuniyyət müddətinin tənzimlənməsi məsələsinə baxılacaq

AMEA işçilərinin məzuniyyət müddətinin tənzimlənməsi məsələsinə baxılacaq

Tarix: 12 May 2020 12:39

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycan Milli Elmlər Akademiyasında işçilərin yay dövrü üçün nəzərdə tutulan məzuniyyət müddətinin tənzimlənməsi məsələsinə baxılacaq.

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

Bu il karantinlə əlaqədar işçilərin əlavə məzuniyyətə göndərildiyini xatırladan İ.Həbibbəylinin sözlərinə görə, AMEA işçilərinin məzuniyyəti iyul ayının ortalarından başlayır və mərhələli şəkildə sentyabr ayının ortalarına kimi davam edir:

"AMEA-da məzuniyyətlərə ənənəvi qaydada iyulun ortalarından başlayır. Ola bilsin ki, bu il həmin müddətdə müəyyən düzəlişlər oldu. Pandemiya dövrü bitdikdən sonra işçilərin məzuniyyət dövrünün dəyişdirilib-dəyişdirilməməsi ilə bağlı vahid qərar qəbul ediləcək. Amma hələlik ortaq bir qərar verilməyib. Çünki hələ bu məsələ gündəmdə deyil. Məzuniyyətlərinin vaxtının tənzimlənməsi ilə məsələyə mayın sonu, iyunun əvvəllərində baxılacaq".

Bəzi işçilərə bu il ümumiyyətlə məzuniyyətin verilə bilməməsinin mümkünlüyünə gəldikdə, İ.Həbibbəyli qeyd edib ki, bütün hallarda işçilərə məzuniyyət veriləcək:

"Məzuniyyət almaq vətəndaşların hüququdur. Ola bilsin ki, məzuniyyətin vaxtı dəyişdirilsin, amma məzuniyyət veriləcək. Məzuniyyətin müddəti isə ölkədə və dünyada gedən proseslərə uyğun tənzimlənəcək".

Xatırladaq ki, Azərbaycanda yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və vətəndaşların özlərini daha ciddi qorumasına şəraitin yaradılması məqsədilə AMEA əməkdaşlarının 2020-ci il martın 29-dan əməkhaqqı saxlanılmaqla ödənişsiz məzuniyyətə göndərilməsi haqqında qərar qəbul olunub.

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin uzadılması ilə əlaqədar AMEA əməkdaşlarının işə davamiyyətinin tənzimlənməsi haqqında” imzaladığı sərəncama əsasən, AMEA-nın bütün elmi müəssisə, təşkilat və xidmətlərində karantin rejimi müddətində işçilərin onların ümumi sayının 30 faizindən çox olmamaq şərti ilə işə cəlb edilməsinə və zəruri hallarda növbəliliyin tətbiq edilməsinə icazə verilir.


Etiketlər:  AMEA işçilərinin məzuniyyət müddətinin tənzimlənməsi məsələsinə baxılacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ