Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ermənistanın baş naziri Nikol Paşinyan əsl faşizm nümunəsi göstərir''

''Ermənistanın baş naziri Nikol Paşinyan əsl faşizm nümunəsi göstərir''

Tarix: 12 May 2020 12:51

Ermənilər Azərbaycan torpaqlarına köçürüləndən bəri faşizm ideologiyası daima onların silahı olub. 

Bunu Sonxeber.net-a açıqlamasında Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

O, bu gün Ermənistanın baş naziri statusunda olan Nikol Paşinyanın hələ də Azərbaycan torpaqlarını işğal altında saxlamaqla əsl faşizm nümunəsi göstərdiyi qeyd edib:

"O zamanlar sadəcə faşizm termini yox idi. Ancaq  ermənilərin xalqımıza qarşı törətdikləri cinayətlər ən qatı faşistlərin belə cinayət əməllərindən daha qəddar olub. Ona görə də Nikol Paşinyanın babasının faşizmə xidmət etməsi o qədər də təəccüblü deyil. Elə bu gün Ermənistanın baş naziri statusunda olan Nikol Paşinyan hələ də Azərbaycan torpaqlarını işğal altında saxlamaqla əsl faşizm nümunəsi göstərir. İşğalçı Ermənistanın siyasi rəhbərliyi Qaragin Nijde kimi faşistə heykəl qoymaqla bu gün də öz faşist xilqətlərinə sadiq qaldıqlarını nümayiş etdirir. Bunu bütün dünya ictimaiyyəti görür ancaq təssüf ki, münasibət hələ də adekvat deyil. Paşinyan bir tərəfdən özünü demokrat kimi təqdim etməyə çalışır digər tərəfdən işğaıçılıq siyasətini davam etdirir, danışıqlar prosesinə süni maneələr yaratmağa çalışır.

Bəzi ekspertlər Paşinyanın faşizmə xidmət edən babası haqqında informasiyanın Ermənistan media məkanında informasiya dövriyyəsinə gətirilməsini də təsadüfi hesab etmirlər. N.Paşinyan bunu qəsdən etməklə, əslində, erməni cəmiyyətində çoxluq təşkil edən faşizm pərəstişkarlarına gizli mesaj verərək onlarla birlikdə olduğunu örtülü şəkildə ifadə edir. Ancaq necə olursa olsun sonunda bu cılız küçə demokratı ifşa olunacaq. Azərbaycan öz torpaqlarını işğaldan azad edəcək".

Təhməz Əsəd


Etiketlər:  Ermənistanın baş naziri Nikol Paşinyan əsl faşizm nümunəsi göstərir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ