Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cəlal İsayev: Körpələrin koronavirusa yoluxma halına hələlik rast gəlinməyib

Cəlal İsayev: Körpələrin koronavirusa yoluxma halına hələlik rast gəlinməyib

Tarix: 13 May 2020 07:30

Koronavirus və mövsümi qrip epidemiyalarının simptomları ilk baxışdan oxşardır. Hər iki virus yoluxma zamanı qızdırma, öskürək və ağrı halları ilə müşahidə olunur. Mütəxəssislər deyirlər ki, hazırda bu iki virusu bir-birindən ayırd etmək çox çətindir. Ona görə də bu əlamətlər olduğu təqdirdə mütləq həkim müayinəsindən keçmək lazımdır.

Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanın baş infeksionisti Cəlal İsayev bildirib: "Uşaqlarda anadangəlmə immunitet olduğuna görə onların bu xəstəliyə tutulma ehtimalı azdır, çünki onların orqanizmində olan müəyyən anticisimlər - söhbət heç də koronavirusa qarşı olanlardan getmir - uşaqları yoluxmadan qoruya bilər. Bu xəstəliyə qarşı hamı həssasdır. Yaşlılar ona görə bu xəstəliyə daha çox yoluxur və ağır keçirilər ki, onların immun sistemi yaşla əlaqədar olaraq zəifləmiş olur".

Lakin gənclərdə hansısa xroniki xəstəliklər varsa, koronavirus onlarda da ağır fəsadlarla nəticələnə bilər. Yeni doğulan körpələrin xəstəliyə tutulma ehtimalı barədə danışan mütəxəssis deyib: "Körpələrin bu virusa yoluxması sual altındadır və hələlik belə bir hal müşahidə olunmayıb. Hətta doğuş yollarından yoluxma hallarına da rast gəlinməyib. Əgər ana xəstə olarsa, doğuş zamanı hava-damcı yolu ilə körpənin yoluxması mümkündür".

Baş infeksionist xəstəliyin əlamətlərinin özünü gec büruzə verdiyini bildirib və ona görə də zəruri olmadığı halda evdən çıxmamağı məsləhət görüb.


Etiketlər:  Cəlal İsayev Körpələrin koronavirusa yoluxma halına hələlik rast gəlinməyib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ