Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Messi, yoxsa Ronaldo? – Klopp seçimini etdi

Messi, yoxsa Ronaldo? – Klopp seçimini etdi

Tarix: 13 May 2020 09:40

“Liverpul”un baş məşqçisi Yurgen Klopp Lionel Messi və ya Kriştiano Ronaldonun dünyanın ən güclü futbolçusu olması məsələsində seçimini edib.

Qol.az ESPN-ə istinadən xəbər verir ki, alman mütəxəssis deyib:

“Mənim üçün Messi ən yaxşıdır. Əgər ideal futbolçunun rəsmini çəkə bilsəydim, bu, Ronaldonun boyu olardı. Həmin ideal oyunçu onun kimi tullana və sürətlə qaça bilərdi. Ronaldonun işinə peşəkar yanaşmasından yaxşısı ola bilməz. Digər tərəfdə isə bəstəboy Messi var. O, hər şeyi rahatlıqla görür. Argentinalı meydanda bir oyunçu kimi mənə daha xoş gəlir. Amma Kriştiano da inanılmaz futbolçudur”.

 


Etiketlər:  Messi yoxsa Ronaldo Klopp seçimini etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ