Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ronaldu, yoxsa Messi? - Klopp seçimini etdi

Ronaldu, yoxsa Messi? - Klopp seçimini etdi

Tarix: 13 May 2020 10:08

"Liverpul"un baş məşqçisi Yürqen Klopp "Freekickerz" "YouTube" kanalına müsahibəsində "Barselona"nın hücumçusu Lionel Messi və "Yuventus"un forvardı Kriştianu Ronaldu arasında müqayisə aparıb.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, alman çalışdırıcı seçimini Leodan yana edib:

"Məncə, Messi daha yaxşıdı. Bununla belə, Ronalduya sonsuz hörmətim var. Hər ikisinə qarşı oynamışıq. Demək olar ki, onlara qarşı müdafiə olunmaq mümkünsüzdü.

Məndən ideal futbolçu profilini təsvir etməyim tələb olunsa, Ronaldunun boyuna sahib, onun kimi yüksəyə tullanan, sürətli qaçan birindən bəhs edərdim. Sonra həmin futbolçuya Kriştianunun işə yanaşmasını da əlavə edərdim. Ortaya qüsursuz və peşəkar biri çıxardı. Daha yaxşı olmaq mümkünsüzdü.

Digər tərəfdən, futbolda hər şeyi sadələşdirən, adi bir şeymiş kimi göstərən balaca Messi var. Buna görə də oyunçu kimi Leo daha çox xoşuma gəlir. Amma Kriştianu da inanılmaz futbolçudu".

Milli.Az


Etiketlər:  Ronaldu yoxsa Messi Klopp seçimini etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ