Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 May 2020 13:52
Bakı. Trend:
Almaniya və Avstriya hökumətləri iyunun 15-dən koronavirus pandemiyası ilə əlaqədar bağlanmış sərhədləri tam açmağı planlaşdırır.
Trend-in məlumatına görə, sərhədlərin açılması proqramını Angela Merkel təqdim edib.
Qeyd olunur ki, bu gündən etibarən iki ölkə arasında Bavariya federal torpağı ilə Yuxarı Avstriya federal torpağı arasında kiçik sərhəd keçid məntəqələri açılıb. Yaxın zamanlarda Tirol və Zaltsburqda da bu cür məntəqələrin açılması gözlənilir.
Gələn ayın ortalarında iki ölkə arasında sərhədlərin tam açılması nəzərdə tutulur.