Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 May 2020 08:10
Azərbaycan Premyer Liqasında beşinci mövsümünü keçirən "Zirə" indiyədək 11 rəqiblə qarşılaşıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, "qartallar" 4 komanda ilə - "Sumqayıt", "Keşlə", "Qəbələ" və "Qarabağ"la 19 dəfə üz-üzə gəlib.
"Zirə"nin ən çox qalib gəldiyi rəqib "Sumqayıt"dır - 10 dəfə. Komandanın ən çox qol vurduğu, ən yaxşı top fərqinə malik olduğu və xal qazandığı rəqib də "Gənclik şəhəri" təmsilçisidir. "Qəbələ" və "Keşlə" ilə görüşlərdə isə daha çox - 8 heç-heçə qeydə alınıb.
"Zirə" üçün ən münasib rəqib "Xəzər Lənkəran" olub. "Qartallar" bu rəqiblə keçirdiyi 4 oyunda 4 qələbə qazanıblar.