Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

3 ayda Bakıdakı yol qəzalarında 33 nəfər ölüb

3 ayda Bakıdakı yol qəzalarında 33 nəfər ölüb

Tarix: 22 Aprel 2019 17:38

Bakı. Trend:

Bu ilin birinci rübündə paytaxt ərazisində baş vermiş 116 yol-nəqliyyat hadisəsində 33 nəfər həlak olub, 107 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, bu barədə İdarədə cari ilin I rübündə cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini sahələrində görülən işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan geniş əməliyyat müşavirəsi zamanı deyilib.

Bildirilib ki, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 14,1 faiz, ölənlərin sayı 36,5 faiz, xəsarət alanların sayı isə 0,9 faiz azalıb.

Yоl hərəkətinə nəzаrət prоsеsində 173.467, о cümlədən sürət rеjiminə əməl оlunmаmаsı ilə bağlı 85.145, ötmə və manevr qaydalarının pozulmаsı ilə əlаqədаr 9.569 nəqliyyаt vаsitəsinin sərхоş vəziyyətdə idаrə оlunmаsı ilə bаğlı 566 inzibаti хətа aşkar еdilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  ayda Bakıdakı qəzalarında nəfər ölüb


RƏYLƏR