Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 May 2020 12:22
Fransanın PSJ komandasının argentinalı keçmiş hücumçusu Esekyel Lavessi şantajın qurbanı olub.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə "La Nacion" nəşri yazıb.
Nəşrə məlumat verən mənbənin sözlərinə görə, şantaj edən şəxslər əllərində olan hər video və şəkil üçün E.Lavessidən beş min avro pul alıblar. Onlar əks halda intim fotolarını sosial şəbəkələrdə yaymaqla keçmiş futbolçunu hədələyiblər.
Hazırda iş üzrə araşdırma aparılır.