Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 May 2020 17:04
Bakı. Trend:
Ötən həftə ABŞ-da daha 3 milyon nəfər işsizlik müavinəti almaq üçün müraciət edib.
Trend-in məlumatına görə, bu barədə ölkənin Əmək Nazirliyinin həftəlik hesabatında deyilir.
Son iki ay ərzində koronavirus pandemiyası ilə əlaqədar 36 milyon amerikalı işsizlik müavinəti üçün müraciət edib.
Bu göstərici, 1930-cu illərin Böyük Depressiyasından sonra qeydə alınan ən yüksək göstəricidir.
ABŞ-da bəzi ştatlar karantin rejimini yumşaltmağa başlayıb ki, bu da yaxın həftələrdə iş yerlərinin itirilməsi göstəricilərini azalda bilər.
Qeyd edək ki, bu günə qədər ABŞ-da 1,4 milyondan çox şəxs koronavirusa yoluxub, 85 mindən çox xəstə həyatını itirib.
Ölkənin bütün 50 ştatında karantin rejimi davam edir.