Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fellaini koronavirusdan sağaldı

Fellaini koronavirusdan sağaldı

Tarix: 14 May 2020 20:00

Koronavirusa yoluxan Belçika millisinin sabiq futbolçusu Maruan Fellaini sağalıb.

Qol.az xəbər verir ki, Çinin “Şandun Lunen” klubunda çıxış edən 32 yaşlı yarımmüdafiəçi bununla bağlı sosial şəbəkə hesabından paylaşım edib:

“Karantin dövrünü tamamlayıb, xəstəxanadan ayrıldığım üçün xoşbəxtəm. Mənimlə maraqlanan həkimlərə və dəstək olan klubuma minnətdaram. Komandama geri dönmək gözəldir” - deyə o bildirib.

Qeyd edək ki, Fellaini Çində koronavirusa yoluxan ilk futbolçu olmuşdu.

 


Etiketlər:  Fellaini koronavirusdan sağaldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ