Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyun 2019 16:46
Bakı. Trend:
Babək prospekti 56 ünvanında (Maşın bazarının yaxınlığı) yolun altından keçən və “Azərsu” ASC-nə məxsus su xəttində qəza baş verib.
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, baş vermiş qəzanın aradan qaldırılması üçün sözügedən qurumun əməkdaşları tərəfindən ərazidə qazıntı işlərinə başlanılır.
Sürücülərdən qeyd olunan ünvanda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin