Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 May 2020 18:18
Baklı. Samir Əli - Trend:
Bakı-Naxçıvan reysinin bərpası ilə bağlı qadağalar qalmaqdadır. Lakin növbəti mərhələdə bu reysin açılması məsələsinə baxıla bilər.
Trend-in məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, sarı zonadan narıncı zonaya gediş-gəliş qadağan edilib: "Naxçıvan və digər bölgələr sarı zona olduğundan Bakıya gediş-gəliş qadağan edilib. Bakıda iş yeri olan şəxslər buraya gələ bilirlər. Amma Naxçıvanla əlaqə yalnız hava yolu ilə mümkündür. Buna görə də hələlik aviareyslər bağlı olduğundan bu, mümkün deyil. Bu məsələ gündəmdədir. Ola bilsin ki, növbəti mərhələdə bununla bağlı qərar verilsin”.