Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə Azərbaycan vətəndaşlarına müalicə məqsədi ilə ölkəyə daxil olmalarına icazə verib

Türkiyə Azərbaycan vətəndaşlarına müalicə məqsədi ilə ölkəyə daxil olmalarına icazə verib

Tarix: 16 May 2020 13:02

Türkiyə hökuməti Azərbaycan vətəndaşlarına müalicə məqsədi ilə ölkəyə daxil olmalarına icazə verib.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bununla əlaqədar Türkiyə Səhiyyə Nazirliyinin müvafiq qərarı dərc olunub.

Qeyd olunur ki, Azərbaycanla yanaşı, daha 30 ölkənin vətəndaşına Türkiyəyə müalicə məqsədi ilə gəlmək icazəsi verilib. Bu ölkələr sırasında Böyük Britaniya, Almaniya, Rusiya, Gürcüstan, Niderland, Qazaxıstan və digər ölkələr yer alıb.

Qaydalara əsasən, xəstə ilə yanaşı, bir nəfər də sərhədi keçə bilər.

Bununla belə, Türkiyəyə yalnız koronavirus testi mənfi nəticələnmiş xəstələr və yaxınları buraxılacaq.


Etiketlər:  Türkiyə Azərbaycan vətəndaşlarına müalicə məqsədi ilə ölkəyə daxil olmalarına icazə verib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ