Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 May 2020 22:00
Mayın 16-da bərpa olunan Almaniya Bundesliqasının 26-cı turu bu gün daha iki oyunla davam etdirilib.
Qol.az xəbər verir ki, “Köln” öz meydanında “Maynts”ı qəbul edib. Görüşdə qapılara 4 qol vurulsa da, qalib müəyyənləşməyib – 2:2.
Digər oyunda isə lider “Bavariya” “Union Berlin”in qonağı olub və 2:0 hesabı ilə qalib gəlib.
“Köln” – “Maynts” – 2:2
Qollar: Uth, 6-pen. (1:0), Kaynz, 53 (2:0), Avoniyi, 61 (2:1), Malonq, 72 (2:2)
“Union Berlin” – “Bavariya” - 0:2
Qol: Levansovski, 40-pen. Pavar, 80
Bu qələbə ilə xalını 58-ə yüksəldən “Bavariya” liderliyini möhkəmləndirib. “Borussiya” (Dortmund) 54 xalla ikinci, Münhenqladbax “Borussiya”sı isə 26 oyundan 52 xalla üçüncü yeri tutur.
Xatırladaq ki, koronovirus pandemiyasına görə Almaniya Bundesliqası iki ay idi keçirilmirdi.