Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gənc müəllim Prezidentə yazır: Sizin kimi liderimiz olduğu üçün özümüzü xoşbəxt vətəndaşlar hesab edirik

Gənc müəllim Prezidentə yazır: Sizin kimi liderimiz olduğu üçün özümüzü xoşbəxt vətəndaşlar hesab edirik

Tarix: 17 May 2020 14:48

Sizin kimi liderimiz olduğu üçün özümüzü xoşbəxt vətəndaşlar hesab edirik.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Gəncə şəhər 1 saylı orta məktəbin ingilis dili müəllimi Günay Abbasova Prezident İlham Əliyevə ünvanladığı məktubda deyir.

Gənc müəllim dövlətimizin başçısına minnətdarlığını bu sözlərlə ifadə edir:

"Hörmətli cənab Prezident, Sizi Gəncə şəhər 1 saylı orta məktəbin ingilis dili müəllimi olaraq salamlayır və Sizə minnətdarlığımı bildirmək istəyirəm.

Hazırda tətbiq edilən xüsusi karantin rejimi müddətində Sizin tövsiyələrinizə uyğun olaraq evdə qalmağa davam edirik. Koronavirusla əlaqədar məktəblərimiz müvəqqəti bağlandığı üçün dərsləri də onlayn formatda keçirik. Məqsədimiz isə şagirdlərimizin evdə qaldıqları müddətdə dərslərindən geri qalmamalarıdır.

Möhtərəm cənab Prezident, COVID-19 pandemiyasının dünyanın bir sıra ölkələrində bəşəriyyət üçün necə fəlakətli nəticələr törətdiyinin şahidiyik. Buna rəğmən, Sizin uzaqgörən qərarlarınızla vaxtında görülən qabaqlayıcı tədbirlər nəticəsində koronavirusun Azərbaycanda geniş yayılmasının qarşısı alınmaqdadır. Siz bu çətin günlərdə xalqımızın sağlamlığını qorumaqla bərabər, virusa yoluxmuş vətəndaşlarımızın müalicəsi və tez bir zamanda sağalması istiqamətində də çox böyük işlər görürsünüz. Gördüyünüz bu misilsiz işlər xalqımız tərəfindən yüksək qiymətləndirilir. Pandemiya dövründə yorulmaz fəaliyyətinizlə xalqımıza göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımı bildirirəm. Biz Azərbaycan kimi gözəl bir ölkədə yaşamağımızla fəxr edir və Sizin kimi liderimiz olduğu üçün özümüzü xoşbəxt vətəndaşlar hesab edirik. Bəşəriyyət üçün çətin bir dövrdə bizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdaram".


Etiketlər:  Gənc müəllim Prezidentə yazır Sizin kimi liderimiz olduğu üçün özümüzü xoşbəxt vətəndaşlar hesab edirik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ