Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 May 2020 18:52
Futbol üzrə İran çempionatının bərpasına qərar verilib.
Sonxeber.net Qol.az-a istinadən xəbər verir ki, bu barədə "Tehran Times" ölkə prezidenti Həsən Ruhaniyə istinadən məlumat yayıb.
Matçların azarkeşlərin iştirakı olmadan keçiriləcəyi bildirilib. Yarışın Ramazan bayramından sonrakı günlərdə davam etdiriləcəyi qeyd edilib. Dəqiq tarix hələ açıqlanmayıb.
"Əgər La Liqa, A seriyası, Bundesliqa futbolu bərpa etmək qərarı veribsə, biz də bunu edəcəyik. Komandaların hazırlıq üçün 3 həftə vaxtı olacaq. Mövümü isə 6 həftəyə bitirə bilərik" - deyə İranın səhiyyə nazirinin müavini İrac Harirçi qeyd edib.