Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Moody’s” avtomobil satışı ilə bağlı proqnozunu azaldıb

“Moody’s” avtomobil satışı ilə bağlı proqnozunu azaldıb

Tarix: 17 May 2020 20:28

"Moody's" beynəlxalq reytinq agentliyi cari ildə dünyada avtomobil satışlarının 20 faiz azalacağını güman edir.

Sonxeber.net deyerler.org-a istinadən bildirir ki, əvvəlki proqnozda azalma 14 faiz həcmində göstərilirdi.

2020-ci ildə avtomobil satışlarının Avropada 30 faiz, ABŞ-da 25 faiz, Çində isə əvvəlki proqnozdakı kimi 10 faiz azalacağı qeyd olunur. Eyni zamanda gələn il satışların 11,5 faiz artacağı güman edilir.

Xatırladaq ki, Miçiqanda GMC, "Ford", "Fiat Chrysler"ə məxsus müəssisələrin mayın 18-dən yenidən işə salınacağı bildirilib. Belə ki, hər üç şirkət COVID-19 pandemiyası ilə bağlı martın 18-dən Şimali Amerikadakı müəssisələrini işçilərə işsizlik müavinətləri ödəmək şərtilə dayandırmışdı.

Qeyd edək ki, adıçəkilən şirkətlərdən yalnız GMC cari ilin birinci rübündə xalis mənfəət əldə etmişdi. Şirkətin gəliri 32,7 milyard, mənfəəti isə 300 milyon ABŞ dolları oldu. Pandemiya ilə bağlı çəkdikləri birbaşa və dolayı zərər isə 1,4 milyard ABŞ dolları həcmində dəyərləndirilib.


Etiketlər:  Moodys avtomobil satışı ilə bağlı proqnozunu azaldıb


RƏYLƏR