Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şəhriyar Məmmədyarov Vilhelm Steynits memorialında dördüncü nəticəni göstərib

Şəhriyar Məmmədyarov Vilhelm Steynits memorialında dördüncü nəticəni göstərib

Tarix: 18 May 2020 00:44

Bakı. Trend:

Mayın 17-də blits üzrə onlayn Vilhelm Steynits memorialı başa çatıb.

Trend-in məlumatına görə, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov son 6 turda rusiyalı Piter Svidler, ABŞ şahmatçı Cefri Ksionq, ispaniyalı David Quiyarro ilə heç-heçə edib. Vyetnamlı Le Quanq Liemə qalib gələn şahmatçımız ukraynalı Anton Korobov və Rusiyanın daha bir təmsilçisi Aleksandr Qrişuka məğlub olub.

Yekun nəticələrə görə şahmatçımız 9,5 xalla 4-cü yeri tutub. Turnirin qalibi 12 xalla norveçli dünya çempionu Maqnus Karlsen olub. Ümumi mükafat fondu 30 min avro olan turnir FIDE-nin və “chess24.com”un təşkilatçılığı ilə keçirilib.


Etiketlər:  Şəhriyar Məmmədyarov Vilhelm Steynits memorialında dördüncü nəticəni göstərib


RƏYLƏR