Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Onlara ən yaxşı qiyməti elə özləri verdilər''

''Onlara ən yaxşı qiyməti elə özləri verdilər''

Tarix: 18 May 2020 10:24

Milli Şura"nın bünövrdən qondarma bir qurum olması həm tərkib etibarilə, həm də fəaliyyət istiqamətləri ilə bağlı Azərbaycana, Azərbaycan mentalitetinə və Azərbaycan siyasətinə yad bir ünsür olması barədə yarandığı gündən fikirlər səsləndirilir.

Bunu Sonxeber.net-a açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli deyib.

O, "Milli Şura"nın son videokonfransını növbəti özünüifşası adlandırıb:

"Son videokonfrans onların mahiyyətini tamamilə ortalığa qoymuş oldu. Burada ikili davranışlar, yəni cəmiyyətdə bir cür davranmaq, bir cür görünmək, arxada fərqli davranmaq, fərqli şeylər danışmaq, əxlaqdan uzaq ifadələr işlətmək, cəmiyyətin ayrı-ayrı təbəqələrinə münasibət baxımından fərqliliklər bu konfransda bunların bütün mahiyyətini ortalığa qoymuş oldu. Amma bütün bunlara rəğmən onlara ən yaxşı qiyməti elə özləri verdilər. Bu nədən ibarətdir?! Yəni, adətən onların fəaliyyətləri, neqativləri barədə başqa siyasətçilər, ölkə ictimaiyyəti danışırdı, amma bu dəfə özləri özlərinə qiymət vermiş oldular. Ən azı bu hadisədən sonra iki, üç nəfər "Milli Şura" üzvü qondarma qurumdan istefa verib çıxıb gedib. Bu, onu göstərir ki, artıq ortalıqda gizlədiləcək heç bir şey qalmayıb".

Müşfiq Ələsgərli bu rüsvayçılığın 9 il müddətində onlar haqqında deyilən fikirlərin bir daha təsdiqi olduğunu bildirib:

"Bəlkə də onlar bu konfransda olanlarla bağlı yox, daha ciddi araşdırmalar getməsindən narahatdırlar. Jurnalistlər bu məsələni daha ciddi araşdıranda daha çox neqativ faktlar ortalığa çıxacağını görüb, özləri istefa verib dağılışmağa başlayıblar. Mən o videokonfrans görüntülərini onların, əslində, hərəkətlərinin araşdırılması üçün ilkin bir mərhələ hesab edirəm. Bunun ucundan tutub araşdırmaya gedəndə daha ciddi neqativlərin ortaya çıxacağı görünür və bunu özləri də dərk etdiklərindən artıq istefa verib dağılışıb gedirlər. Bu, "Milli Şura" yaranandan 9 il müddətində onlar haqqında deyilən fikirlərin bir daha təsdiqi oldu və bir daha vurğulayım ki, bu qurumun Azərbaycanın mentalitetinə, Azərbaycan siyasətinə, ictimai mühitinə nə qədər yad bir ünsür olduğunu faktlarla ortalığa qoymuş oldu".

Təhməz Təkin


Etiketlər:  Onlara yaxşı qiyməti elə özləri verdilər


RƏYLƏR