Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dezinfeksiya məhlulları insan orqanizminə zərərlidir - Bəs niyə edilmir? - VİDEO

Dezinfeksiya məhlulları insan orqanizminə zərərlidir - Bəs niyə edilmir? - VİDEO

Tarix: 18 May 2020 12:52

Bu günlərdə hər yer, parklar, küçələr, xiyabanlar, binaların girişləri, bloklar dezinfeksiya olunur. Bu zaman müxtəlif məhlullardan istifadə olunur. Maraq doğuran məqam isə həmin məhlulların insan orqanizminə hər hansı bir ziyanının olub-olmamasıdır. Digər bir məqam isə  dezinfeksiya zamanı vətəndaşlara müəyyən bir müddət çərçivəsində çölə çıxmamaq, bloka, qapalı məkana daxil olmamaqla baglı xəbərdarlıq edilib-edilməməsidir.

Sonxeber.net bildirir ki, mövzu ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında süjet yayımlanıb.

Adil Qeybulla - Həkim: "Dezinfeksiyadan qabaq əhali xəbərdar olunmalıdır və bir müddət buraxılış bir neçə saat qadağan olunmalıdır. Çünki həmin dezinfeksiyaedici maddə havada müəyyən qədər asılı qalır. O müddətdə nəfəs yoluna, təbii ki, ziyandır. Bina bloklarında bu proses həyata keçirilərkən, bir neçə saat insanlar xəbərdar olunmalıdır ki, onlar bayıra çıxmasınlar".

Sakin: "Dezinfeksiya işləri aparılıb, amma heç kimə bayıra çıxmaması ilə bağlı xəbərdarlıq edilməyib, bu barədə heç bir məlumat verilməyib".

Sakin: "Dezinfeksiya edilib, xlor qoxusu gəlirdi, dərmanladılar getdilər. Lakin onun ziyanı barədə məlumat vermədilər".

Bakı Şəhər Dezinfeksiya Mərkəzinin şöbə müdiri Günay Kazımova deyir ki, dezinfeksiya işlərindən sonra 2 saat ərzində qapalı məkana daxil olmaq məsləhət deyil.

Günay Kazımova - BŞDM-in şöbə müdiri: "Çünki orda zəhərli toksik maddələr insan orqanizminə zərərli ola bilər. Xəbərdarlıq olunmalıdır ki, dezinfeksiya işləri aparılıb, müəyyən müddətdən sonra sakinlər mənzillərinə daxil ola bilərlər".

Otaqlarda isə hər hansı mənfi təzahürlər ortaya çıxmasın deyə, dezinfeksiya işləri aparıldıqdan 2 saat sonra nəm təmizlik işlərinin aparılması tövsiyə edilir. Bu isə dezinfeksiya üçün istifadə edilən məhlulların təsir etmə gücünü azaltmır.

Günay Kazımova - BŞDM-in şöbə müdiri: "Nəm üsulla qapıları dəstəkləri, bəzi dezinfeksiya edilmiş səthlər təmizlənə bilər. Bu dezinfeksiyanın keyfiyyətini azaltmır. Dezinfeksiyadan 2 saat sonra bütün viruslar məhv olur".

Dezinfeksiya zamanı yerli məhsullarla yanaşı, xarici ölkələrdə istehsal edilən dezinfeksiya vasitələrindən də istifadə edilir.


Etiketlər:  Dezinfeksiya məhlulları insan orqanizminə zərərlidir Bəs niyə edilmir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ