Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İki min nəfərə maaşının bir misli miqdarında vəsait ödənilir

İki min nəfərə maaşının bir misli miqdarında vəsait ödənilir

Tarix: 18 May 2020 17:45

Bakı. Trend:

Əməkhaqlarına müddətli əlavə ödənilən sosial xidmət işçilərinin əhatə dairəsinə 2 min nəfər daxildir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, Prezident İlham Əliyevin 14 aprel 2020-ci il tarixli Sərəncamında xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsinə cəlb edilən işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 1 misli miqdarında müddətli əlavə müəyyən edilməsi tapşırılıb.

Sərəncamın 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin qəbul etdiyi 15 may 2020-ci il tarixli Qərara əsasən həmin işçilərin əhatə dairəsi və əlavənin ödənilmə müddəti müəyyən olunub.

Qərarla qeyd olunan işçilərin əhatə dairəsinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rayon (şəhər) şöbələrinin sosial xidmət sektorunda çalışan işçilər (1400 nəfər), DSMF-nin psixonevroloji, sağlamlıq imkanları məhdud uşaqlar, pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisələrinin, həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzinin işçiləri (600 nəfər) daxildir.

Ümumilikdə əməkhaqqına müddətli əlavənin verilməsi 2 min sosial xidmət işçisinə şamil olunur. Müddətli əlavə onlara 2020-ci il aprelin 1-dən iyunun 1-dək olan müddət üçün iş vaxtına mütənasib olaraq ödənilir.


Etiketlər:  İki nəfərə maaşının misli miqdarında vəsait ödənilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ