Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Siyavuş Novruzov: "Əli Kərimli miqrant alveri ilə məşğul olur"

Siyavuş Novruzov:

Tarix: 19 May 2020 13:03

İnsan alverinin əsas elementlərindən biri də miqrant alveridir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında deyib.

S.Novruzov qeyd edib ki, bu gün bir sıra siyasi partiyalar, Milli Şura və onun tərkibində olan Xalq Cəbhəsi, başında insan alverçisi duran Əli Kərimli miqrant alveri ilə məşğul olur:

"Bu, kifayət qədər sənədlərlə təsbit olunub. İstər Almaniya, istərsə də İtaliya, Fransada saxta verilmiş arayışlar nəticəsində Azərbaycan vətəndaşlarının olduğu aşkarlanıb. Onların özləri artıq bunu müzakirəyə çıxarırlar. Hesab edirəm ki, İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun gələcək hesabatlarında bu məsələ də öz yerini almalıdır".

Milli.Az


Etiketlər:  Siyavuş Novruzov Əli Kərimli miqrant alveri ilə məşğul olur


RƏYLƏR