Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının yeni tərkibi müəyyənləşib - SƏRƏNCAM

Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının yeni tərkibi müəyyənləşib - SƏRƏNCAM

Tarix: 19 May 2020 16:30

Prezident İlham Əliyev "Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 5 mart tarixli 785 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Sərəncama əsasən, "Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 5 mart tarixli 785 nömrəli Sərəncamının 1-ci hissəsi ilə təsdiq edilmiş Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilir:

"Komissiyanın sədri

Əli Əhmədov ̶ Azərbaycan Respublikası Baş Nazirinin müavini

Komissiyanın üzvləri:

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri

Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini

Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini

Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin müavini

Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini

Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini

Azərbaycan Respublikası Təhsil nazirinin müavini

Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini

Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri

"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin vitse-prezidenti

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin birinci müavini

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti.".


Etiketlər:  Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının yeni tərkibi müəyyənləşib SƏRƏNCAM


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ