Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 May 2020 16:56
Bakı. Trend:
İsrailin Qüds şəhərindəki Əl-Əksa məscidi Ramazan bayramından sonra müsəlmanların ibadət edə bilmələri üçün açılacaq.
Trend-in məlumatına görə, bu barədə Qüdsün İslam Vəqfi İdarəsi bildirib.
Qeyd olunur ki, bu qərar koronavirus infeksiyasının yayılma tempinin azalması nəzərə alınmaqla və səhiyyə orqanları ilə müzakirələrdən sonra qəbul edilib.
Xatırladaq ki, İsraildə bütün dini məbədlər koronavirus pandemiyası ilə əlaqədar bağlanmışdı.
Bu günədək İsraildə 16 mindən çox şəxs koronavirusa yoluxub, 277 nəfər ölüb.