Tarix: 20 May 2020 14:28
Dortmund “Borussiya”sının bu ilin fevral ayında zədələnın futbolçusu Marko Roysun durumu ciddidir.
Qol.az “Bild”ə istinadən xəbər verir ki, hələ də bud əzələsindəki zədəsi sağalmayan futbolçu mayin 26-da “Bavariya” ilə qarşılaşmanı da buraxacaq.
Hətta 30 yaşlı futbolçunun mövsümün sonuna qədər meydana çıxa bilməyəcəyi da gözlənilir.
Qeyd edək ki, almaniyalı futbolçu bu mövsüm Bundesliqada 19 oyuna 11 qol vurub, 5 məhsuldar ötürmə edib.