Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 May 2020 16:06
Bakı. Elçin Mehdiyev - Trend:
Azərbaycanda bayram namazları karantin rejiminə uyğun qılınacaq. Bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərərgahın qərarına uyğun addım atılacaq.
Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Yeni TV-yə müsahibəsində deyib.
M.Qurbanlı bildirib ki, əgər həmin vaxt koronavirus təhlükəsi davam edəcəksə, bayram namazı şəraitə uyğun həyata keçiriləcək: “Hazırki mövqe ondan ibarətdir ki, virus təhlükəsi davam edəcəyi təqdirdə bayram namazı internet üzərindən icra olunacaq”.
M.Qurbanlı, həmçinin qeyd edib ki, Ramazan ayı ərzində kütləvi iftar süfrəsi haqda rəhbərlik etdiyi komitəyə məlumat daxil olmayıb: “Bilirsiniz, imamlar internet üzərindən moizələrində insanlara çağırış edirlər ki, iftar mərasiminizi öz evinizdə öz ailənizlə birgə keçirin”.