Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 May 2020 20:14
Koronavirus pandemiyası ilə əlaqədar özünütəcrid dövründə rusiyalı sakinlər arasında ən populyar onlayn məhsulların reytinqi tərtib edilib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu müddət ərzində rusiyalılar daha çox asudə vaxt keçirmək üçün oyunlar və kitablar almağa üstünlük verib.
Qeyd olunur ki, mart ayında Rusiyada "oyun və əyləncə" kateqoriyasında məhsullarla bağlı gündə 10 milyonadək sifariş qəbul olunurdusa, aprel ayında bu rəqəm 20 milyonu keçib.
Bundan başqa, bağ evi üçün sifarişlər 23 faiz, heyvanlar üçün yem məhsullarının sifarişləri 18 faiz artıb.
Kompüter texnikası ilə bağlı onlayn sifarişlər 15 faiz, idman malları sifarişləri 11 faiz artıb.
Eyni zamanda geyim, ayaqqabı və aksesuar sifarişləri 30 faiz azalıb.