Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Şuşanı niyə vururuq, o birilərini vurmuruq?'' - Ehtiyyatda olan POLKOVNİK - FOTO

''Şuşanı niyə vururuq, o birilərini vurmuruq?'' - Ehtiyyatda olan POLKOVNİK - FOTO

Tarix: 21 May 2020 17:14

"Prinsip etibarı ilə deyim ki, burada təəccüblü bir şey yoxdur. Yəni, ermənilər düşməndir və ən ağrılı yerə təsir göstərirlər"

Bunu Sonxeber.net-a açıqlamasında bu gün Şuşa şəhərində Qarabağ separatçılarının yeni lideri Araik Arutunyana "andiçmə mərasimi"nin keçirilməsinin nəzərdə tutulması ilə bağlı ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

Ehtiyatda olan polkovnik ermənilərin bu qərarından emosiyaya qapıldığını etiraf edib:

"Əlbəttə, müəyyən şəkildə bu görünməsə də deyərdim ki, Şuşaya Paşinyan da gedib gəlirdi, onlar da (Qondarma rejimin yeni rəhbəri) gedib gəlirdi. Hazırda Şuşa işğal altındadır. Mən başa düşürəm ki, bu məlumat və ümumiyyətlə onların bu düşmənçilik qərarı insanları, cəmiyyəti, elə mənim özümü də müəyyən bir emosialara qapılmağa vadar edir və bu təbii haldır. O ki qaldı sırf hərbi cəhətdən bunu qiymətləndirərək - Mən Şuşanı digər işğal olunmuş rayonlardan və şəhərlərdən ayırmıram. Digər rayonlar kimi Şuşa da bizim üçün əzizdir və Azərbaycanın şəhəridir, yaşayış məntəqəsidir. Digər yaşayış məntəqələri də Şuşa kimi Azərbaycanın ərazisidir.

Bu, artıq məsələni uzadan bəzi tərəflərə bir mesajdır

Mən düşünürəm ki, ermənilər belə addım atmaqla Azərbaycanı daha təsirli, daha adekvat davranmağa və artıq öz torpaqlarına yiyə çıxmağa, torpaqlarının işğaldan azad edilməsi məsələsini qarşımıza konkret qoyurlar. Mən deyərdim ki, bəlkə də bu, məsələni uzadan bəzi tərəflərə artıq bir mesajdır. Mənə elə gəlir ki, bu addım atılacaqsa artıq Azərbaycanın da müəyyən bir şəkildə əli-qolu açılır və Azərbaycanın beynəlxalq qurumların qarşısında daha da çox əsası olur ki, bundan oyanası yoxdur və Azərbaycan antiterror əməliyyatı apararaq düçmənin belə addımlarına son qoysun. Çünki bu artıq cəmiyyətin, Azərbaycan xalqının tələbidir. İndi də Ali Baş Komandana "Ali Baş Komandan, sizin əmrinizi gözləyirik", "Əmr ver" deyə müraciətlər olur. Bu, bir daha göstərir ki, bizim cəmiyyət, bizim xalq işğalla barışmayacaq. İşğal olunan torpaqlarda düşmən tərəfindən atılan bu cür addımlar bizi qıcıqlandırır. 

"Keçinin buynuzu gicişəndə çobanın çombağına sürtər"

Azərbaycan dövləti də öz sözünü deyib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə deyib ki, "Azərbaycan dövləti heç vaxt imkan verməyəcək ki, bu torpaqlar işğal altında qalsın və orada ikinci erməni dövləti yaradılsın". Ermənilərin atdığı bu addım beynəlxalq qurumlar qarşısında Azərbaycanın sərt mövqeyini ortaya qoymaq üçün bir imkandır. O biri tərəfdən deyərdim ki, bu, bir daha onu göstərir ki, və erməni tərəfindən beynəlxalq qurumlara bir mesajdır ki, onlar bu torpaqları artıq mənimsəyiblər, bu torpaqları öz torpaqları kimi qəbul ediblər. Baxmayaraq ki, heç bir beynəlxalq qurum bunu qəbul etmir, hətta Ermənistan da beynəlxalq hüquq normaları çərçivəsində bu torpaqların işğalını tanıya bilmir. Onların bu hərəkəti birinci növbədə Azərbaycana olan düşmənçilik niyyətini, siyasətini göstərir. Həm də, beynəlxalq qurumların qəbul edilmiş konvensiyalarına və hüquq normalarına hörmətsizlik edirlər. Azərbaycanlılarda belə bir məsəl var: "Keçinin buynuzu gicişəndə çobanın çombağına sürtər". Mənə elə gəlir ki, ermənilərin buynuzu gicişir və düşünürəm ki, çoban artıq "çomağı" işə salsın.

Şuşanı niyə vururuq, o birilərini niyə vurmuruq?

Belə hərəkətlər Azərbaycanı antiterror əməliyyatı aparmaq, güc tətbiq etmək qərarını sürətləndirir və bunun üçün də Azərbaycanın hər şeyi var. Güclü ordusu var, bu danılmaz bir faktdır. Çox yüksək səviyyədə, profesional, peşəkar heyət var. Çünki Azərbaycan ordusunda 70 faizi peşəkarlardır, yəni müqavilə əsasında xidmət edirlər. Bunları erməni əsgəri ilə müqayisə etmək olmaz. O biri tərəfdən Azərbaycanın bugünkü iqtisadiyyatı, Azərbaycanın bu gün beynəlxalq aləmdə, beynəlxalq geosiyasi arenada olan nüfuzu, o biri tərəfdən də mən deyərdim ki, əsas Azərbaycanın gücü də Azərbaycanın xalqındadır, Azərbaycanın cəmiyyətindədir, Azərbaycanın əsgərindədir. Yəni, xalq Ali Baş Komandana deyir ki, "Biz sizi hansı formada olursa olsun, dəstəkləyirik!". Dağlıq Qarabağ məsələsində biz hamımız həmrəyik və cənab Prezidentin Dağlıq Qarabağı işğaldan azad edib, ərazi bütövlüyünü bərpa etmək məsələsində yanında olacağıq. Xalqımız hər bir bərpa olunmuş yaşayış məntəqəsində Azərbaycan bayrağını dalğalandırmaq üçün dövlət başısını hər cürə dəstəkləmək və onun yanında olmağa hazırdır. Bu da bir daha cəmiyyətimizin, xalqımızın nəbzini göstərir. O ki qaldı indi bəzi çağırışlar var - "Şuşanı vuraq". Mən də bir hərbiçi kimi düşünürəm: Şuşanı niyə vururuq, o birilərini niyə vurmuruq? Vururqsa hamısını vuraq, vururuqsa torpağımızı azad edək, düşmənlərimizi məhv edək və ərazi bütövlüyümüzü bərpa edək.

Artıq çox zaman qalmayıb

Mənə elə gəlir ki, bunun məqamı çatıb və düşünürəm ki, bunun həyata keçməsinə artıq çox zaman qalmayıb. Azərbaycan ordusu vahid komandanlıq altında idarə olunan hərbi qurumdur. Siyasi qərarlar vemək iqtidarında deyil. Heç şübhəsiz, ordumuz dövlətimizin işğal altında olan torpqlarımızın azad olunması istiqamətində yürütdüyü məqsədyönlü siyasətə uyğun olaraq qələbə sevinci xalqımıza yaşadacaq. Ordumuzun nüfuzuna, şəxsi heyətinin döyüş əzminə, mənəvi-psixoloji durumuna təsir göstərmək məqsədi daşıyan fikirlər səsləndirməklə nəticə əldə etmək olmaz".

Təhməz Təkin


Etiketlər:  Şuşanı niyə vururuq birilərini vurmuruq Ehtiyyatda olan POLKOVNİK FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ