Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyun 2019 13:48
Bakı. Trend:
Moldovanın Konstitusiya məhkəməsi prezident İqor Dodonun səlahiyyətlərini müvəqqəti olaraq baş nazir vəzifəsini icra edən Pavel Filipə verib.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu qərar parlamenti istefaya göndərmək və növbədənkənar seçkilər təyin etmək məqsədi ilə qəbul edilib.
Bildirilir ki, ölkə prezidentinin parlamenti istefaya göndərmək isteməməsi konstitusiya öhdəliklərinə əməl etməməsi kimi qiymətləndirilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin