Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 May 2020 12:54
"Bu günə olan vəziyyətə əsasən, deyə bilərəm ki, şagirdlər üçün yay tapşırıqlarının verilməsi, həmçinin yay məktəbinin təşkili nəzərdə tutulmayıb".
Sonxeber.net xəbər verir ki, bunu Trend-ə Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdir müavini Orxan Abbasov deyib.
Onun sözlərinə görə, tədris proqramını mənimsəyə bilməyən şagirdlər üçün yay məktəbinin təşkil edilməsi ilə bağlı heç bir qərar verilməyib:
"Çünki bizdən asılı olmayan məsələlər də var. Hələ bilmirik ki, yayda epidemioloji vəziyyət necə olacaq. Çalışırıq ki, verdiyimiz bütün qərarları Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərarlara uyğunlaşdıraq".
Xatırladaq ki, koronavirus pandemiyası ilə əlaqədar martın 3-dən ölkənin bütün təhsil müəssisələrində təlim-tədris dayandırılıb. Azərbaycanda tədris ili sentyabrın 15-də başlayır, iyunun 14-də bitir.