Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 May 2020 12:56
Bakı. Trend:
Böyük Britaniya hökuməti xaricdən gələnlərin iki həftə müddətində karantinə alınmasının zəruriliyi barədə qaydalar hazırlayıb.
Trend-in məlumatına görə, bu qaydalar iyunda qüvvəyə minəcək.
Qeyd olunur ki, Böyük Britaniyaya gələn əcnəbi vətəndaşlar müvafiq məlumatları, o cümlədən yaşayacaqları ünvanı təqdim etməli və həmin ünvanda iki həftə müddətində özünütəcrid qaydalarına əməl etməlidir.
Bu qaydaların pozulmasına görə min funt sterlinq məbləğində cərimə tətbiq olunacaq.