Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Oksford Universiteti koronavirus vaksini sınaqlarının ikinci mərhələsinə başlayıb

Oksford Universiteti koronavirus vaksini sınaqlarının ikinci mərhələsinə başlayıb

Tarix: 22 May 2020 13:56

Bakı. Trend:

Böyük Britaniyanın Oksford Universitetinin mütəxəssisləri koronavirus vaksininin sınaqlarının ikinci mərhələsinə start verib.

Trend-in məlumatına görə, bu mərhələdə 10 mindən çox könüllü iştirak edəcək.

Sınaqların birinci mərhələsində 18-55 yaş qrupundan olan mindən çox könüllü iştirak edib.

Qeyd edək ki, Oksford Universitetinin mütəxəssisləri şimpanze virusu əsasında koronavirus vaksini yaratdığını bildirib.

Mütəxəssislər hesab edir ki, bu virus digər xəstəliklərə qarşı immunitetin yaradılmasında səmərəli olacaq.


Etiketlər:  Oksford Universiteti koronavirus vaksini sınaqlarının ikinci mərhələsinə başlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ