Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya klubu baş məşqçisi ilə yolları ayırdı

Rusiya klubu baş məşqçisi ilə yolları ayırdı

Tarix: 22 May 2020 15:56

Rusiyanın “Orenburq” klubu baş məşqçisi Konstantin Emelyanovla yollarını ayırıb.

Qol.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Rusiyalı mütəxəssislə başa çatan müqavilənin müddətinin uzadılmadığı bildirilib. Komandanı isə müvəqqəti olaraq İlşat Aitkulov çalışdıracaq.

Qeyd edək ki, Emelyanov ötən ilin dekabr ayından "Orenburq"u çalışdırırdı. Onun komandası Premyer Liqada 23 xalla 16 komanda arasında 13-cü pillədə qərarlaşıb.

 


Etiketlər:  Rusiya klubu baş məşqçisi ilə yolları ayırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ