Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 May 2020 17:36
Yevlax rayonu üzrə 83 yoluxma faktı aşkar olunub. Bu da ümumi yoluxmanın 1/2 hissəsini təşkil edir.
Sonxeber.net xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) rəhbəri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
O, "Vətəndaşlar qətiyyən arxayınlığa yol verməməlidirlər" sözləri ilə sakinləri koronavirus pandemiyasını ciddiyə almağa çağırıb.
Qeyd edək ki, Yevlaxda koronavirusa yoluxan 83 nəfərdən 53-ü məşhur "Qaraçılar məhəlləsi" adlanan küçənin sakinidir.
Təhməz Təkin