Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 May 2020 01:36
Bakı. Trend:
Gürcüstanda mart ayının sonlarında koronavirus pandemiyası səbəbilə tətbiq edilən fövqəladə vəziyyət rejimi və komendant saatı ləğv edilib.
Trend-in "Gazeta.ru"ya istinadən verdiyi məlumata görə, bunu Gürcüstanın baş nazirinin beynəlxalq məsələlər üzrə müşaviri İrakli Çikovani deyib.
İ.Çikovani bildirib: "Ölkənin atdığı uğurlu addımlar və gördüyü tədbirlər bizə fövqəladə vəziyyətin sona çatması, həmçinin məhdudiyyətlərin mərhələli şəkildə aradan qaldırılması barədə danışmağa imkan verir".
Bildirilir ki, kafelər, restoranlar, idman zalları, fitnes-mərkəzlər, iri ticarət mərkəzləri, həmçinin mehmanxanalar bağlı qalır.
Qeyd edək ki, rəsmi məlumatlara əsasən ,Gürcüstanda yeni növ koronavirusa 723 yoluxma halı qeydə alınıb, 12 nəfər dünyasını dəyişib.