Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 May 2020 22:48
Feysbuk Messenger daha bir yenilənmə ilə internet fırıldaqçılığı ilə məşğul olanların qarşısına çıxmağa hazırlaşır.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, bu gün beta versiyada yayımlanan yenilənmə ilə Feysbuk istifadəçilərinin saxta hesablardan qorunması nəzərdə tutulur.
Kiberfırıldaqçılıqda saxta hesalardan istifadə uzun müddətdir, istifadə edilən üsullardandır. Hakerlər dostunuzun hesabına bənzəyən hesabla sizə mesaj atır, bununla sizi "tələ"yə salmağa çalışırlar. Sözügedən yenilənmədən sonra bənzər hesablar barədə istifadəçiyə bildiriş göndəriləcək. Bundan başqa, şübhəli profilin nə zaman qeydiyyatdan keçdiyi də bildirişdə qeyd olunacaq.
Digər diqqət çəkən məqam isə 18 yaşdan kiçik profil sahiblərinə qısa müddətdə çoxlu mesaj yazan istifadəçilərin aşkarlanmasıdır. Bunun üçün süni intellktdən istifadə edəcək Messenger bu tip hesabları müşahidə altında saxlayacaq. Belə hesablardan sizə mesaj gəldikdə avtomatik xəbərdarlıq alacaqsınız.
Yenilənmənin daha bir müsbət tərəfi isə Messenger yazışmalarının başdan ayağa şifrələnəcəyidir.
Yenilənmənin bu həftə ərzində ABŞ-da yaşayan Android istifadəçilərinə təqdim olunacağı bildirilir. ABŞ-dakı iOS istifadəçiləri isə gələn həftəni gözləməli olacaqlar.
Qeyd edək ki, yenilənmənin ölkəmizdə nə vaxt aktivləşdiriləcəyi məlum deyil.