Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 May 2020 22:51
"Cəmiyyətimizdə boy uzanmasından danışanda basketbol, volleybol və turnikdə dartınmanın boyun uzanmasına təsiri barədə fikirlərdən bəhs etməmək olmur. Çünki professional idmançıların basketbol və volleybolla məşğul olduqları üçün boylarının 2 metrə qədər uzandığını düşünən az deyil. Bunu bilmək lazımdır ki, düşünülənin əksinə olaraq, o idmançıların boyları uzun olduğu üçün professional zəmində müvəffəqiyyət qazanaraq ön plana çıxıblar".
Sonxeber.net e-tibb.az-a istinadən bildirir ki, bunu uşaq endokrinoloqu, uzman həkim Azad Əkbərzadə açıqlayıb.
Mütəxəssis bildirib ki, düzgün və proqramlı fiziki aktivliklə məşğul olan uşaqların boyu yaşıdlarına görə daha yaxşı olur, amma bu qədər fantastik nəticə gözləmək də bizi çaşdıra bilir: Əgər uşaqların boyu yaşıdlarından geri qalırsa mütləq həkim nəzarətindən keçməlidir. Əks təqdirdə yanlış ümidlər bizi gecikdirə bilir. Əlbəttə, bütün bunlardan başqa müasir qidalanma vərdişləri (junk food, fast food, birtərəfli qidalanma və s), ağır dərs və məktəbdən kənar hazırlıq yükü kimi amillər də təsirsiz ötüşmür. Düzgün olmayan yuxu rejiminin böyüməyə təsirindən xəbərsiz valideynlər bu önəmli faktoru gözardı edir. Belə ki, boy hormonu uşaq yuxuda olarkən və əsasən gecə saat 22:00-02:00 arasında ən yüksək ifraz olunma həddinə çatır. Bu saatlarda yuxuda olmayan uşaqlar əlbəttə öz boy potensialından geri qalır. Eyni zamanda endokrin xəstəliklər, ailəvi boy qısalıqları, erkən cinsi inkişaf, xroniki xəstəliklər və s. kimi faktorlar da üstünə gələndə çox qarışıq bir mənzərə ortaya çıxır ki, bunları da aydınlaşdırmaq həkimin öhdəsinə düşür".