Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bir dəfə ərim məni vurardı...''

''Bir dəfə ərim məni vurardı...''

Tarix: 24 May 2020 18:35

Xalqın içində oluram. Məni duz kimi yalayıb, bağırlarına basırlar. Günü-gündən gözəlləşirəm, pöhrələnirəm.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "X maqazin"ə açıqlamasında deyib. Müğənni sosial şəbəkədə yazılan tənqidlərdən bəhs edib:

"Sosial şəbəkədə bəzi insanlar var ki, xalqın adından danışırlar. Orada özünə 50 profil açıb, ağzına gələni yazır. Onlar içlərində paxıllıq çəkirlər, üzdə isə hamıya gülürlər".

Qadına şiddətdən bəhs edən Seyidcahan keçmiş həyat yoldaşını xatırlayıb:

"Həyatımda heç zaman şiddətə məruz qalmamışam. Mehriban qadınam. Bu yaşıma çatmışam, amma həyat yoldaşım mənə hələ çırtma da vurmayıb. Əslində hər zaman düşünmüşəm ki, görəsən bir kişi necə ola bilər ki, xanımı vursun? Bir dəfə ərim məni vurardı, bilərdim ki, vurmaq necə olur. Mənim ailəm dağılanda hamı şoka düşdü ki, bunların ailələri mehriban ola-ola, necə oldu ayrılmaq qərarına gəldilər? Çünki mən elə bir insanam ki, hər şeyi ört-basdır edirəm. Nələrinsə üstündən keçib, bağışlaya bilirəm.

Gələcəyim qarşıdadır. Hələ ki mən sevilirəm. Hazırda biz koronavirusla mübarizə aparırıq. İndiki zamanda yenidən ailə qurmaq məsələsi aktual deyil, durğunluqdur".


Etiketlər:  dəfə ərim məni vurardı


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ