Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan UNESCO-nun Hökumətlərarası Komitəsinə üzv seçilib (FOTO)

Azərbaycan UNESCO-nun Hökumətlərarası Komitəsinə üzv seçilib (FOTO)

Tarix: 10 Iyun 2019 10:45

Bakı. Trend:

Parisdə UNESCO-nun baş qərargahında keçirilən “Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi haqqında” Konvensiyanın Tərəflərinin Konfransının 7-ci sessiyasında ölkəmiz mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.

Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, sessiyanın sonuncu günündə 2019-2023-cü illər üçün “Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi haqqında” Konvensiyanın Hökumətlərarası Komitəsinə seçkilər keçirilib.

Şərqi Avropa qrupundan öz namizədliyini irəli sürən Azərbaycan Komitəyə 4 illik üzv seçilib.

Qeyd edək ki, Azərbaycandan əlavə Komitəyə Avstriya, Danimarka, Braziliya, Ekvador, Sent Vinsent və Qrenadin, Monqolustan, Burkina Faso, Efiopiya, Seneqal, Qətər və Ermənistan da seçiliblər. 24 üzv ölkənin nümayəndələrini ildə bir dəfə hesabat xarakterli görüşə toplayan Hökumətlərarası Komitənin əsas funksiyası 2005-ci ildə qəbul olunmuş Konvensiyanın tətbiq və təşviqinə təkan verməkdir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycan UNESCO Hökumətlərarası Komitəsinə üzv seçilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ