Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 May 2020 15:12
Bakı. Samir Əli - Trend:
Mayın 25-i səhər saatlarında Şamaxı rayonunda iş şəraitində ehtiyatsızlıqdan iki nəfər hündürlükdən yıxılıb.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Trend-ə bildirilib.
Onlardan birinin xəsarətləri ağır olduğundan Bakıya əməliyyata gətirilərkən dünyasını dəyişib. Digəri isə Şamaxı Rayon Mərkəzi Xəstəxanasında əməliyyat edilir, vəziyyəti ağır qiymətləndirilir.