Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zəlzələ İranın tarixi abidələrinə ziyan vurub

Zəlzələ İranın tarixi abidələrinə ziyan vurub

Tarix: 26 May 2020 10:28

Bakı. Elnur Bağışov - Trend:

İranın cənub-qərbində yerləşən Kohgiluyə və Buyir-Əhməd vilayətində baş verən zəlzələ Dehdəşt şəhəri tarixi abidələrinə 15 milyard rialdan (təxminən 357 min dollar) çox ziyan vurub.

Trend-in məlumatına görə, bunu İranın Kohgiluyə və Buyir-Əhməd vilayəti valisinin müavini Hişmətullah Səmimi Dust deyib.

H.Səmimi Dustun sözlərinə görə, vəsait ayrıldığı halda tez bir zamanda tarixi abidələrin bərpasına başlanacaq.

Bundan əlavə, vilayətin Doqonbədan şəhərinin ətrafında mindən çox evə xəsarət dəyib.

Qeyd edək ki, 24 mayda İranın cənub-qərbində yerləşən Kohgiluyə və Buyir-Əhməd vilayətinin Gəçsaran rayonunun Doqonbədan şəhəri ətrafında 5,2 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 14 nəfər yaralanıb.

Xatırladaq ki, İranın Dehdəşt şəhərində tarixi qala, məscidlər, hamamlar, karvansara və s. tarixi abidələr var.


Etiketlər:  Zəlzələ İranın tarixi abidələrinə ziyan vurub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ