Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İnstaqram-dakı canlı yayımını 3 milyondan çox insan izlədi - Acundan dünya rekordu

İnstaqram-dakı canlı yayımını 3 milyondan çox insan izlədi - Acundan dünya rekordu

Tarix: 26 May 2020 18:50

TV8 kanalının sahibi Acun Ilıcalı "Survivor" yarışmasının iştirakçıları ilə növbəti dəfə İnstaqramda canlı yayım edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki,13,1 milyon izləyicisi olan aparıcı veriliş zamanı yeni rekorda imza atmaq istədiyini bildirib.

Acunun açdığı canlı yayımı 5 dəqiqə ərzində 3 milyondan çox insan izləyib. O, bu rəqəmlə İnstaqramın canlı yayımında dünya rekordu qırıb.

Qeyd edək ki, aparıcının mayın 14-də 72 dəqiqə davam edən canlı yayımını 1 milyondan çox insan izləmişdi.

İndiyə qədər isə bu rekord 2 milyon baxışla amerikalı repçi "Tekashi 6ix9ine"a məxsus idi.

Milli.Az


Etiketlər:  İnstaqram dakı canlı yayımını 3 milyondan çox insan izlədi Acundan dünya rekordu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ